Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası

 Naxçıvan Muxtar Respublikası Futbol

Çempionatı, Kubok, Turnir və birincilik

        yarışlarının 2018 – 2019 – ci il üçün

Ə S A S N A M Ə S İ

 Naxçıvan şəhəri 2018.

I.Məqsəd və vəzifələr

 

1.1. Naxçıvan MR Çempionatı, Kubok, Turnir və digər yaş qrupları üzrə keçirilən yarışlar aşağıdakı məqsədlər üçün keçirilir.

1.2. Çempionat, Kubok və Turnir yarışlarının qalibini müəyyən etmək;

1.3. Yarışların yekununda komandaların tutduqları yerləri müəyyən etmək;

1.4. Aşağı yaş qruplarnda ( liqalarda ) komandaların qaliblərini müəyyən etmək;

1.5. həmin yarışların qaliblərini Azərbaycan birinciliyi yarışlarının final mərhələsində iştirakını təmin etmək;

1.6. Futbolçuların ustalıq səviyyəsini yüksəltmək;

1.7. Muxtar Respublika yığma komandalarının heyyətini müəyyənləşdirmək;

1.8. “Çempion” komanda “ Region kuboku “ yarışında iştirak edir.